Bank Of Baku

TAP kəməri ilə qaz ixrac edən ölkələrin sayı artacaq

TAP kəməri ilə qaz ixrac edən ölkələrin sayı artacaq
# 15 sentyabr 2010 16:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Trans Adriatik qaz kəməri (Trans Adriatic Pipeline - TAP) layihəsi çərçivəsində əsas qaz ixracatçısı olacaq Azərbaycana digər ölkələrdə qoşula bilər. «APA-Economics»in məlumatına görə, bunu TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib.

Onun sözlərinə görə, layihə «Şahdəniz II» çərçivəsində hasil olunacaq qazdan asılıdır: «Azərbaycan lahiyənin hələlik yeganə və əsas mənbəyidir ki, ilkin olaraq «Şahdəniz»in ikinci fazasından kəmərə ildə 10 mlrd. kubmetr mavi yanacaq vurulacaq. Lakin perspektivdə bu göstərici 20 mlrd. kubmetrədək artırılacaq və ümüd edirəm ki, təbii qazı olan digər ölkələr də layihəyə qoşulacaq».

Kəmərin illik həcminin gələcəkdə artırılmasından danışan K.Tunqland onu da bildirib ki, həcmin artırılmasında əsas rolu quraşdırılacaq qaz kompressor stansiyası oynayacaq: «Sözügedən qaz kompressor stansiyası həmçinin kəmərdə qazın istiqamətini dəyişməyə imkan yaradacaq. Yəni stansiya vasitəsilə Yunanıstana gedən qazı İtaliyaya istiqamətləndirmək mümkün olacaq».

Layihə rəhbəri onu da bildirib ki, gələcəkdə TAP-dan Balkan ölkələri də istifadə edə biləcək.

Qeyd edək ki, uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR