Bank Of Baku

TAP layihəsinin rəhbəri Kyetil Tunqland: “Layihə heç bir hökumət tərəfindən maliyyələşdirilməyəcək”

TAP layihəsinin rəhbəri Kyetil Tunqland: “Layihə heç bir hökumət tərəfindən maliyyələşdirilməyəcək”
# 15 sentyabr 2010 16:32 (UTC +04:00)
Onun sözlərinə görə, kəmərin inşası layihənin səhmdarları tərəfindən («EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləri) maliyələşdiriləcək: “Bundan başqa, layihənin icrası üçün beynəlxalq maliyyə qurumlarından vəsait cəlb olunacaq. Layihənin dəqiq dəyəri hələ müəyyənləşməsə də, ilkin qiymətləndirməyə görə 1,5 mlrd. avro tələb olunur”.

K.Tunqland onu da bildirib ki, cari ildə Milad bayramına qədər layihə çərçivəsində mühüm qərarlar qəbul olunacaq.

Qeyd edək ki, uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Kəmərə ilkin olaraq yalnız «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qaz vurulacaq.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR