Bank Of Baku

ABŞ Çindən ÜTT-yə şikayət edib

ABŞ Çindən ÜTT-yə şikayət edib
# 16 sentyabr 2010 07:23 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ümumdünya Ticarət Təşkilatına müraciət edərək, Çinlə yaranmış ticarət mübahisəsini həll etməyi xahiş edib.

APA-Economics”in “France24” telekanalına istinadən xəbərinə görə, ABŞ-ın danışıqlar üzrə ÜTT-dəki nümayəndəsi Ron Kirk bildirib ki, rəsmi Pekin elektroenergetikada istifadə olunmaq üçün Birləşmiş Ştatlardan Çinə polad idxal edən, eləcə də elektron ödənişlər bazarında xidmətlər təklif edən şirkətlərə süni əngəllər yaradır.

“Biz əminik ki, Çin ABŞ və ÜTT-dəki digər tərəfdaşları ilə imzaladığı ticarət razılaşmalarını pozur” – deyə R.Kirk qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton ÜTT-dən məsələ ilə bağlı birgə məsləhətləşmələr keçirilməsini xahiş edir. Əgər ABŞ və Çin 60 gün ərzində problemi çözə bilməsə, tərəflər məsələni araşdırmaq üçün xüsusi komissiya yaradılması xahişi ilə ÜTT-yə müraciət etmək hüququ qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR