Bank Of Baku

Filip Oşar: «Avropa bazarı 5 ildən sonra qaz təchizatı sahəsində problemlərlə üzləşə bilər»

Filip Oşar: «Avropa bazarı 5 ildən sonra qaz təchizatı sahəsində problemlərlə üzləşə bilər»
# 16 sentyabr 2010 09:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən Xəzər dənizi regionunun qaz infrastrukturuna həsr olunmuş «Gas Infrastructure World Caspian-2010» adlı beynəlxalq konfransda çıxış edən «Gas de France Suez» şirkətinin vitse-prezidenti Filip Oşar (Phillipe Hochart) bildirib.

Mavi yanacağın əhəmiyyətindən danışan F.Oşar qeyd edib ki, qlobal maliyə böhranı zamanı qaz bazarı zərərlə üzləşib. Belə ki, böhran bu bazarı inkişaf baxımından 5 il geri salıb: «Bu dövr ərzində qazın qiymətləri də aşağı düşüb ki, şirkətlər bundan bir qədər zərər çəkib. Lakin buna baxmayaraq, şirkətlərin ümumi fəaliyyəti müsbət olub».

«Müəyyən proqnozlara əsasən, 2015-ci ildən sonra Avropa bazarı mavi yanacaqla təchizat baxımından problemlərlə üzləşəcək, təchizatda kəsirlər olacaq. Lakin buna baxmayaraq, yeni ehtiyatlar sayəsində Avropanın qaza olan tələbatının ödəniləcəyi gözlənilir», - deyə F.Oşar bildirib.

Hazırda Avropanın qaz təchizatı sahəsində bir neçə layihənin hazırlandığını bildirən «GDF Suez» şirkətinin rəsmisi onu da qeyd edib ki, bu gün Rusiya Avropanın qaz bazarında payını artırmaq niyyətindədir, Xəzər regionu isə alternativ marşrutlar yaradır ki, bu da diversifikasiyanı təmin edəcək.

«Nabucco», Trans Adriatik Qaz Kəməri (TAP), «Bəyaz axın» və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) layihələrindən danışan F.Oşar yaxın gələcəkdə layihələr arasında deyil, bazarlar arasında rəqabətin aparılacağını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 15-16-da keçirilən «Gas Infrastructure World Caspian-2010» konfransında uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib.

Konfransda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri, «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek, TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland və digər beynəlxalq şirkət və maliyyə institutlarının rəsmiləri iştirak edib, məruzələr oxuyub.

Xatırladaq ki, konfrans Böyük Britaniyanın «Terrapinn» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. APA (Azeri Press Agency) informasiya agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR