Bank Of Baku

RWE Yunanıstan-İtaliya və «Nabucco» qaz kəmərlərinin birləşdirilməsini təklif edir

RWE Yunanıstan-İtaliya və «Nabucco» qaz kəmərlərinin birləşdirilməsini təklif edir
# 16 sentyabr 2010 10:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sentyabrın 15-16-da Bakıda keçirilən Xəzər dənizi regionunun qaz infrastrukturuna həsr olunmuş «Gas Infrastructure World Caspian-2010» adlı beynəlxalq konfransda çıxış edən «RWE Supply & Trading» şirkətinin biznes inkişafının rəhbəri Ceremi Ellis (Jeremy Ellis) qeyd edib ki, «Nabucco» layihəsi Avropada icra olunacaq digər qaz təchizatı layihələrindən daha əlverişlidir. Belə ki, «Nabucco» Avropa İttifaqı tərəfindən dəstəklənir və 50 il qüvvədə olacaq hökumətlərarası saziş mövcuddur: «IGI kəmərini «Nabucco»ya qoşmaq mümkündür. Bununla biz Türkiyənin daxili qaz infrastrukturundan istifadə etməyib, birbaşa kəmərə qoşulmalıyıq. Nəticədə, tranzit tariflərində 25%-dək qənaət etmiş olarıq».

Hazırda Avropa üçün 4 qaz kəməri layihəsi üzrə («Cənub dəhlizi» - «Nabucco», Trans Adriatik qaz kəməri (TAP), «Bəyaz axın» və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) aparılan işlərdən danışan C.Ellis onu da bildirib ki, bunların icrası üçün təxminən 25 mlrd. avro lazım olacaq və ən vacibi bütün bu kəmərləri Avropanı qazla təchiz etmək üçün mavi yanacaqla doldurmaqdır.

Qeyd edək ki, «Gas Infrastructure World Caspian-2010» konfransında uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib.

Konfransda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri, «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek, TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland və digər beynəlxalq şirkət və maliyyə institutlarının rəsmiləri iştirak edib, məruzələr oxuyub.

Xatırladaq ki, konfrans Böyük Britaniyanın «Terrapinn» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. APA (Azeri Press Agency) informasiya agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR