Bank Of Baku

Azərbaycan yanvar-avqust aylarında sənaye istehsalını 3,8% artırıb

Azərbaycan yanvar-avqust aylarında sənaye istehsalını 3,8% artırıb
# 16 sentyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın sənaye kompleksində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,8% artaraq 18,3 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə mühüm sənaye məhsullarından xam neftin hasilatı 2,2% artaraq 34,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı 0,9% artaraq 11,3 mlrd. kubmetr olub. Səkkiz ayda sənayenin neft sektorunda 2,6%, qeyri-neft bölməsində isə 9,8% səviyyəsində artım müşahidə olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82%-ni təşkil edib, ümumi istehsalın 93,4%-i sənaye mallarının (əmtəələrin), 6,6%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Məhsulun 76,5%-i mədənçıxarma bölməsində, 18,2%-i emal bölməsində, 4,7%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Qeyd edək ki, sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR