Bank Of Baku

Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2010» beynəlxalq konfransı başa çatıb

Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2010» beynəlxalq konfransı başa çatıb
# 16 sentyabr 2010 13:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin ikinci günündə Enerji Xartiyası Katibliyinin baş katibi Andre Mernyer (Andre Mernier), «Gas de France Suez» şirkətinin vitse-prezidenti Filip Oşar (Phillipe Hochart), «RWE Supply & Trading» şirkətinin biznes inkişafının rəhbəri Ceremi Ellis (Jeremy Ellis), «OMV Gas & Power» şirkəti İdarə Heyətinin üzvü Verner Auli (Werner Auli), «TransOcean Gas» şirkətinin prezidenti Stiv Kempbel (Steve Campbell), Türkiyədə fəaliyyət göstərən «BP» şirkətinin rəhbəri Can Sufi (Djan Suphi) çıxış edərək uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu, dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafı və digər mövzulara dair məruzələr oxuyublar.

Eyni zamanda, tədbirdə hazırda Avropa üçün böyük əhəmiyyət kəsb edən «Nabucco», Trans Adriatik qaz kəməri (TAP), Türkiyə-Yunanıstan-İtaliya (ITGI), «Bəyaz axın» kimi layihələr ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, konfrans Böyük Britaniyanın «Terrapinn» şirkətinin təşkilatçılığı ilə keçirilib. APA (Azeri Press Agency) informasiya agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı statusu alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR