Bank Of Baku

Kulevi «Qara Dəniz Terminalı»nda NDT laboratoriyası yaradılır

Kulevi «Qara Dəniz Terminalı»nda NDT laboratoriyası yaradılır
# 16 sentyabr 2010 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Gürcüstandakı Kulevi «Qara Dəniz Terminalı»nda Dağıdılmadan Yoxlanış Laboratoriyası (None Destructive Testing - NDT) yaradılır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, NDT texniki sənayedə boru xətlərinin, dəmir-polad strukturların, yüksək təzyiqli qabların və neft çənlərinin, başqa mexaniki avadanlıqların vəziyyətinin və etibarlığının yoxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Kulevi «Qara Dəniz Terminalı»nın Korroziya şöbəsi hazırda terminalın istismarını və texniki davamiyyətini dəstəkləmək üçün belə bir laboratoriyanın yaradılması ilə məşğuldur. Laboratoriya müxtəlif növ texniki avadanlıqlarla, ultrasəs defektoskopiya skanerləri, radioqrafiya cihazı və başqa avadanlıqlarla təchiz olunub. Çatışmayan texniki baza isə artıq sifariş verilib. Tezliklə, laboratoriyada Gürcüstan Dövlət Akkreditasiya Mərkəzinin auditi aparılacaq. Audit laboratoriyanın inkişaf səviyyəsini və personalın bacarıq dərəcəsini müəyyənləşdirəcək.

Qeyd edək ki, NDT laboratoriyasının yaradılması Qara Dəniz Terminalındakı avadanlıqların korroziyadan müdafiə və etibarlığının inkişafı strategiyasının bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR