Bank Of Baku

Sumqayıtda təbii qaz dəyərinin ödənişi 100%-i keçib

Sumqayıtda təbii qaz dəyərinin ödənişi 100%-i keçib
# 17 sentyabr 2010 08:21 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində 2010-cu ilin avqust ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 111,4% təşkil edib.

Sumqayıt Qaz İstismar İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin avqust ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 203235,92 manat dəyərində, 2032,4 min m3 həcmində təbii qaz istifadə edilib. Ödənişdə 42229 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 64889 nəfərdir. Şəhər üzrə ümumilikdə 61284 ədəd qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR