Bank Of Baku

Azərbaycan «Ümid» qaz strukturunda qazma işlərini ilin sonunadək başa çatdıracaq

Azərbaycan «Ümid» qaz strukturunda qazma işlərini ilin sonunadək başa çatdıracaq
# 17 sentyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin sonunadək Xəzər dənizində yerləşən «Ümid» perspektiv strukturunda kəşfiyyat qazma işlərini başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda «Ümid» strukturunda 5,5 min metr qazma işləri aparılıb: «Burada biz ümumi dərinliyi 6,5 min metr olacaq qazma işləri aparacağıq ki, hazırda 1 000 metr qazılacaq işlər qalıb. Sözügedən işləri ilin sonunadək tamalayacağıq».

X.Yusifzadə onu da bildirib ki, ARDNŞ qazılacaq quyundan gündəlik 1 mln. kubmetr təbii qaz debiti gözləyir və işlər plana uyğun gedərsə strukturda ikinci quyu qazılacaq: «Bütün bu işlərə 60-70 mln. manat vəsait tələb olunur. Strukturda üzən platforma quraşdırsaydıq maliyyə vəsaitinin həcmi 200 mln. manat təşkil edəcəyi gözlənilirdi».

Qeyd edək ki, 2010-cu il ərzində Azərbaycanda 23 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır və bunun bir hissəsi laylara vurulacaq. Ümumilikdə isə, ölkənin «mavi yanacaq» ehiyyatı 5 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR