Bank Of Baku

Bakıda «Neft-qaz gəlirlərinin sosial mühitə təsiri: Azərbaycan nümunəsi» mövzusunda dəyirmi masa keçirilib

Bakıda «Neft-qaz gəlirlərinin sosial mühitə təsiri: Azərbaycan nümunəsi» mövzusunda dəyirmi masa keçirilib
# 17 sentyabr 2010 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda İctimai Vəsaitin Monitorinq Mərkəzi (İVMM) «Neft-qaz gəlirlərinin sosial mühitə təsiri: Azərbaycan nümunəsi» mövzusunda dəyirmi masa keçirib.

«APA-Economics»in məlumatına görə, İVMM-in direktoru İnqilab Əhmədov və «FAR Center» təşkilatının nümayəndəsi Rasim Musabəyov neft-qaz gəlirlərinin sosial mühitə təsiri mövzusunda tədbir iştirakçılarına qısa məlumat veriblər.

Daha sonra Kənan Aslanlının «Neft-qaz gəlirlərinin sosial mühitə təsiri ilə bağlı beynəlxalq təcrübə və Azərbaycan özəlliyi» sosioloji sorğusunun təqdimatı üzrə çıxışı dinlənilib.

Təqdimatdan sonra sorğunun nəticələri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən QHT nümayəndələri bildiriblər ki, neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə edilməsi hökumətin əsas prioritetlərindən olmaqla yanaşı, cəmiyyətin də nəzarəti altında olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR