Bank Of Baku

Azərbaycan illik neft hasilatını 20% artıracaq

Azərbaycan illik neft hasilatını 20% artıracaq
# 17 sentyabr 2010 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın illər ərzində Azərbaycanda illik neft hasilatının 60 mln. tona çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsi Azərbaycanı dünyada neft ölkəsi kimi tanıdıb: «İndiyədək Azərbaycan neft-qaz sahəsində 31 müqavilə imzalayıb və bunun nəticəsində ötən il ölkədə neft hasilatı 50,4 mln. tona çatıb. Yeni müqavilələr nəticəsində yaxın illər ərzində ölkənin illki neft hasilatının 60 mln. çatdırılacağı gözlənilir».

X.Yusifzadə onu da bildirib ki, AÇG-nın aşağı laylarında eyni zamanda təxminən 300 mlrd. kubmetr qaz ehtiyatları mövcuddur.

Xatırladaq ki, 900 mln. tondan artıq neft ehiyyatı olan AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,14%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,63%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR