Bank Of Baku

Azərbaycanın Xəzərdəki «Bulla Dəniz» qaz strukturunda kəşfiyyat işləri bu il başa çatacaq

Azərbaycanın Xəzərdəki «Bulla Dəniz» qaz strukturunda kəşfiyyat işləri bu il başa çatacaq
# 17 sentyabr 2010 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin sonunadək Xəzər dənizində yerləşən «Bulla Dəniz» perspektiv strukturunda aparılan kəşfiyyat qazma işlərini başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda «Bulla Dəniz» strukturunda 4,9 min metr qazma işləri aparılıb: «Burada biz ümumi dərinliyi 6 min metr olacaq qazma işləri aparacağıq ki, hazırda 2,9 min metr qazılacaq işlər qalıb. Sözügedən işləri ilin sonunadək tamalayacağıq və bu strukturdan Azərbaycan gündə 500 min kubmetr qaz hasilatı gözləyir».

ARDNŞ rəsmisi onu da bildirib ki, cari ilin oktyabr ayında «Abşeron» strukturunda da ARDNŞ-la Fransanın «Total» şirkətinin birgə qazma işlərinə başlayacağı gözlənilir.

Qeyd edək ki, bu il ərzində Azərbaycanda 23 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır və bunun bir hissəsi laylara vurulacaq. Ümumilikdə isə, ölkənin «mavi yanacaq» ehiyyatı 5 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR