Bank Of Baku

Gürcüstanda 10 qazpaylayıcı şirkət cərimələnib

Gürcüstanda 10 qazpaylayıcı şirkət cərimələnib
# 17 sentyabr 2010 15:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Milli Enerji Tənzimləyici Komissiyası (METK) 10 qazpaylayıcı şirkəti cərimələyib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Qafqaz-Press” agentliyi məlumat yayıb.

METK sədri Quram Çalaqaşvili qeyd edib ki, qazpaylayıcı şirkətlər sentyabrın 15-dən “Sakartvelos Respublika” qəzetində əhaliyə təklif edilən tarifləri dərc etdirməli idilər. Lakin 64 şirkətdən 54-ü bu şərtləri yerinə yetirib. Qalan 10 şirkətə buna görə cərimə təyin edilib.

Quram Çalaqaşvilinin sözlərinə görə, bu informasiyanın əhaliyə çatdırılması bazarda sağlam rəqabət üçün lazımdır.

Məlumata görə, “İtera-Gürcüstan”, “Vaniqaz”, “Enerji+”, “Zestafonqaz”, “Lixauriqaz”, “L-P”, “Orucov və sağlamlıq”, “QazKo+” və “Çiaturqaz” şirkətləri 5000 lari cərimələnib. “Akriani 2006” şirkətinə isə bu yaxınlarda yaradıldığına və dövriyyəsi az olduğuna görə 500 lari cərimə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR