Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin şəbəkəsini genişləndirir - FOTOSESSİYA

Azərbaycan Dövlət Neft Şirkəti «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin şəbəkəsini genişləndirir - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2010 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Sabunçu dairəsi və Qala qəsəbəsi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrinin açılışında ARDNŞ rəhbərliyi və şirkətin prezidenti Rövnəq Abdullayev iştirak edib.

ARDNŞ-in yanacaqdoldurma məntəqələrinin müasir standartlara tam cavab verdiyini qeyd edən R.Abdullayev bununla «SOCAR» brendli məntəqələrin sayının 5-ə çatdığını bildirib.

«İlin sonuna qədər daha 5 yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırırıq. Növbəti məntəqələrin ikisi Bakı-Sumqayıt yolunda, ikisi Bakı-Ələt yolunda, biri isə Bakı şəhərinin Babək prospektində açılacaq», - deyə ARDNŞ prezidenti vurğulayıb.

R.Abdullayevin sözlərinə görə, ümumilikdə proqrama görə, Bakıda və paytaxtın giriş-çıxış istiqamətlərində 26 yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Şirkət respublika əhəmiyyətli magistral yolların üzərində də yanacaqdoldurma məntəqələrini açmağı planlaşdırır.

Şirkət rəhbəri onu da əlavə edib ki, ARDNŞ-in neft emalı zavodlarında istehsal olunan benzin Avropa standartlarına cavab verir və bütün yanacaqdoldurma məntəqələrinə eyni keyfiyyətdə məhsul paylanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR