Bank Of Baku

«Şahdəniz-II» layihəsinin son konsepsiyası ilin sonunadək qəbul ediləcək

«Şahdəniz-II» layihəsinin son konsepsiyası ilin sonunadək qəbul ediləcək
# 18 sentyabr 2010 10:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq layihənin müəyyən hissələri işlənilməyə başlanılıb.

Şirkət rəhbəri «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində hasil ediləcək qazın satışına dair ARDNŞ-in və tərəfdaşlarının Avropadakı potensial alıcıları ilə danışıqlar apardığını qeyd edib.

ARDNŞ rəsmilərinin açıqladıqları məlumata görə, «Şahdəniz» perspektiv qaz strukturunun işlənməsi layihəsinin ikinci fazasının son investisiya qərarı 2011-ci ilin oktyabr ayında veriləcək.

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR