Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 6% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 6% artırıb
# 18 sentyabr 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ilin avqust ayında dövlət büdcəsinə 104,277 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,8 mln. manat və ya 6,1% çoxdur.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-avqust aylarında büdcəyə 707,176 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 112,471 mln. manat və ya 18,9% çox olub.

Bundan başqa, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,731 mln. manat həcmində vəsait köçürüb ki, bu da ötən ilin avqust ayına nisbətən 34,8% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 85,186 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,1% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR