Bank Of Baku

Sumqayıtda yeni qaz xətləri çəkilib

Sumqayıtda yeni qaz xətləri çəkilib
# 20 sentyabr 2010 08:29 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Cari ilin iyul-avqust ayları ərzində Sumqayıt şəhərində Kimyaçılar və Corat qəsəbələrinin, eyni zamanda şəhərin Çerkassı və Sülh küçələrinin təbii qazla tam təmin edilməsi məqsədilə yeni qaz xətləri çəkilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən xəbərə görə, şəhərin Çerkassı küçəsində 325 mm diametrli 1800 p/metr, Sülh küçəsində 219 mm diametrli 3000 p/metr uzunluğunda yeni qaz xətti quraşdırılıb. Corat qəsəbəsinin 2-ci məhəlləsində və Kimyaçılar qəsəbəsində çəkilmiş yeni qaz xətti isə müxtəlif diametrli 2500 p/metr uzunluğundadır.

Qeyd edək ki, bu yeni qaz xətlərinin çəkilişi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR