Bank Of Baku

Azərbaycan Əfqanıstana neft məhsulları ixrac edəcək

Azərbaycan Əfqanıstana neft məhsulları ixrac edəcək
# 20 sentyabr 2010 09:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycan neft məhsullarının ixrac həcmini artırmaq niyyətində deyil. Belə ki, xam neftin ixracı neft məhsullarının ixracından daha sərfəlidir: «Hazırda Azərbaycan neft məhsullarını əsasən Gürcüstana ixrac edir. Eyni zamanda Yunanıstana, İtaliyaya reaktiv yanacaq, Aralıq dənizi regionuna – dizel yanacağı ixrac edirik».

ARDNŞ rəsmisi onu da bildirib ki, hazırda neft məhsullarının ixracı üçün Azərbaycan yeni perspektiv bazarlar müəyyənləşdirib: «Biz Özbəkistan, Qırğızstan və Əfqanıtsana dizel yanacağı, benzin və aviasiya üçün ağ neft ixrac edəcəyik. Əfqanıstana neft məhsulları Xəzər dənizi vasitəsilə Türkmənistana kimi bərlərlə, oradan isə dəmir yolu ilə ixrac olunacaq. Ümumiyyətlə, bu bazarla Azərbaycandan ixrac olunacaq neft məhsullarının həcmi elə də çox deyil».

Qeyd edək ki, 2010-cu ilin yanvar-avqust aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 4,2 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çox neft məhsulları göndərilib. Bunun 57,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 42,5%-i isə ixrac olunub. Neft məhsullarının 39,3%-ni dizel yanacağı, 18,7%-ni avtomobil benzini, 9,4%-ni aviasiya üçün və sair ağ neft, 3,8%-ni mazut yanacağı, 3,7%-ni mayeləşdirilmiş qazlar, 3,5%-ni neft bitumu, 1,3%-ni sürtgü yağları, 20,3%-ni isə digər məhsullar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR