Bank Of Baku

Azərbaycan «SOCAR Trading» şirkətinin fəaliyyətini genişləndirir

Azərbaycan «SOCAR Trading» şirkətinin fəaliyyətini genişləndirir
# 20 sentyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) özünün törəmə müəssisəsi olan «SOCAR Trading» şirkətinin fəaliyyətini genişləndirmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, ARDNŞ-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, «SOCAR Trading»in hazırda İsveçrə (Cenevrə) və Sinqapurda, eyni zamanda Vyetnam və Nigeriyada da filialları fəaliyyət göstərir: «Şirkətin nümayəndəlik və ya filial şəbəkəsinin genişləndirilməsi planda var. Lakin bütün bunlar hazırkı filailların fəaliyyətinin təhlilindən asılıdır. Biz «SOCAR Trading»i inkişaf etdirəcəyik».

E.Nəsirov onu da bildirib ki, hazırda «SOCAR Trading» üçüncü tərəfin neft və neft məhsullarını dünya miqyasında satışının təşkilində iştirakda da maraqlıdır: «Biz hazırda Azərbaycanın neft və neft məhsulları ilə yanaşı İraq, İran, Türkmənistan, Qazaxıstan, Misir, Venesuella, Nigeriya kimi üçüncü ölkələrin neft və neft məhsullarının satışı ilə məşğuluq və «SOCAR Trading» bu həcmi Azərbaycan neft və neft məhsullarının satdığı həcmə çatdırmaq niyyətindədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR