Bank Of Baku

Azərbaycanda yeni təmirdən çıxmış «Qurban Abasov» kran gəmisinin təqdimatı keçirilib - FOTOSESSİYA

Azərbaycanda yeni təmirdən çıxmış «Qurban Abasov» kran gəmisinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 20 sentyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev təmirdən çıxmış «Qurban Abasov» kran gəmisi ilə tanış olub.

«APA-Economics»in məlumatına görə, Bakı Dəniz Vağzalında bununla bağlı keçirilən tədbirdə R.Abdullayev qeyd edib ki, «Qurban Abasov» gəmisi Azərbaycana 1988-ci ildə gətirilib: «Bu unikal gəmidən dünyada 4 ədəddir ki, bunlardan ikisi Azərbaycandadır. İkinci bu növ gəmi «General Əliağa Şıxlinski» gəmisidir. Həmin gəmi 4 il ardıcıl istismardan sonra yaxın vaxtlarda təmirə göndəriləcək».

R.Abdullayevin sözlərinə görə, «Qurban Abasov» gəmisi 2007-ci ildə təmirə dayanıb və hazırda gəmi müasir standartalara uyğundur: «Bu gəmi 600 ton yükqaldırmaya və göyərtəsində 1 800 ton yük daşımağa malikdir. «Qurban Abasov» Xəzərdə neft-qaz əməliyyatları ilə məşğul olacaq, tikinti və montaj işlərində fəaliyyət göstərəcək».

Eyni zamanda, ARDNŞ-in Xəzər Dəniz Neft Donanması sayca doqquzuncu olan «Caspian Power» gəmisini ölkəyə gətirib ki, gəmi neft-qaz əməliyyatlarında, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarının işlənməsi layihələrində fəaliyyət istismar olunacaq.

«Hər iki gəmi Azərbaycan neftçilərinin işlərində yardım göstərəcək. Ümumiyyətlə, hazırda Azərbaycan neft-qaz sənayesində 80 minə yaxın işçi çalışır ki, ölkədə ən yüksək orta əmək haqqı onlardadır», - deyə R.Abdullayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR