Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Standart & Poor’s» agentliyindən reytinq alacaq - YENİLƏNİB

Azərbaycan Dövlət Neft Şirkəti «Standart & Poor’s» agentliyindən reytinq alacaq - <font color=red>  YENİLƏNİB</font>
# 20 sentyabr 2010 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Standart & Poor’s» beynəlxalq reytinq agentliyi ilə müqavilə imzalayıb. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, artıq «Moody’s» və «Fitch» beynəlxalq reytinq agentlikləri tərəfindən ARDNŞ-a müvafiq reytinqlər verilib ki, cari ilin fevral ayında «Fitch» şirkətin reytinqini bir qədər də artırıb.

«Hazırda biz «Moody’s»dən reytinqin təzələnməsini gözləyirik və artıq «Standart & Poor’s» beynəlxalq reytinq agentliyi ilə də müqavilə imzalamışıq. «Standart & Poor’s» agentliyi 6 ay müddətində şirkətin fəaliyyətini öyrənəcək. Əlbətdə biz istərdik ki, «Standart & Poor’s» tərəfindən ilin axırına kimi ARDNŞ-a reytinq verilsin. Lakin bu bir qədər vaxt tələb edəcək və ümid edirəm ki, gələn il ərzində müvafiq reytinq Dövlət Neft Şirkətinə veriləcək», - S.Qasımov bildirib.

Xatırladaq ki, «Fitch» agentliyinin 2010-cu il fevral ayında ARDNŞ-a verdiyi reytinq dərəcəsi «BBB-» (emitentin defoltu reytinqi) təşkil edib, proqnoz isə «sabit»dir. «Moody’s» agentliyi isə 2009-cu ildə ARDNŞ-a «sabit» proqnozlu «Ba1» reytinqi təqdim verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR