Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasına hazırlaşır

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasına hazırlaşır
# 20 sentyabr 2010 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yaxın perspektivdə avrobond emissiyasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hazırlıq işləri aparılır və ARDNŞ emissiyaya hazır olduğu halda sözügedən qiymətli kağızlar xarici bazarlara çıxarılacaq: «Hazırda bu məsələ ilə bağlı hüquqi işlər aparılr ki, bu da ən çox vaxt aparan işdir. Belə ki, burada həm müqavilə, həm də emissiya prospekti hazırlanmalıdır. Bu işlər başa çatdıqdan sonra biz gələn il avrobondların Amerika, Avropa və Asiya qiymətli kağızlar bazarlarında təqdimatını keçirəcəyik».

S.Qasımov onu da bildirib ki, avrobondların emissiyasının ümumi həcmi 500 mln. ABŞ dolları təşkil edəcək, tədavül müddəti isə 5 il olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR