Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeni kredit cəlb edəcək

Azərbaycan Dövlət Neft Şirkəti yeni kredit cəlb edəcək
# 20 sentyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) xarici maliyyə təşkilatlarından daha 200 mln. ABŞ dolları həcmində kredit cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin ilk yarısında ARDNŞ 800 mln. manatlıq daxili kəsiri ödəmək məqsədilə «BNP Paribas», «YapıKredi Bank» və digər maliyyə qurumlarından 350 mln. dollar məbləğində kredit cəlb edib: «Hazırda «Societe Generale» və «ING Bank» ilə danışıqlar aparılır ki, ilin sonunadlək ümumi cəlb olunmuş kreditlərin həcmi 550 mln. dollara çatdırılacaq».

S.Qasımov onu da bildirib ki, ARDNŞ-ın «Azərkimya» İstehsalat Birliyi üçün müvafiq avdanlıqların alınması üçün də 90 mln. dollar məbləğində kredit cəlb olunacaq.

ARDNŞ rəsmisi həmçinin qeyd eidb ki, bu il şirkətin kapital qoyuluşu 1 mlrd. manatdan artıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR