Bank Of Baku

Azərbaycan qızıl hasilatını xeyli artırıb

Azərbaycan qızıl hasilatını xeyli artırıb
# 21 sentyabr 2010 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi iyul ayı ilə məqüayisədə kəskin artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təkcə avqust ayında Azərbaycanda 263 kq qızıl çıxarılıb, halbuki iyulda bu rəqəm 140 kq təşkil edib. Nəticədə, ötən ay ölkədə qızıl hasilatı iyul ayı ilə müqayisədə 87,8% və ya 123 kq artıb. Avqustda hasil olunan qızılın həcmi cari ilin yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

Cari ilin yanvar-avqust aylarında isə Azərbaycanda hasil olunan qızılın ümumi həcmi 1,2 ton təşkil edib.

Qeyd edək ki, ölkədə qızıl hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin may ayında başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR