Bank Of Baku

ABƏŞ neft-qaz hasilatını artırıb

ABƏŞ neft-qaz hasilatını artırıb
# 21 sentyabr 2010 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 14 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsini 2,2% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-avqust aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan müəssisələr tərəfindən 28,6 mln. ton və ya 2,8% çox neft, 6,9 mlrd. kubmetr və ya 1,4% çox əmtəəlik təbii qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR