Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb
# 22 sentyabr 2010 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 33 mln. ton və ya ötən ilin analoji dövründəkindən 2,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,6%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 25,3 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 0,8% azalıb. Cari ilin iyul ayından başlayaraq BTC kəməri ilə iki ay ərzində 460,2 min ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 11,8 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın 30,6%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə ötən ilin analoji dövründəki kimi 3,6 mlrd. kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən kəmər vasitəsilə qaz nəqlinin həcmi dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR