Bank Of Baku

Azərbaycan yaxın 5 ildə neft hasilatını 60 mln. tona çatdıracaq

Azərbaycan yaxın 5 ildə neft hasilatını 60 mln. tona çatdıracaq
# 23 sentyabr 2010 14:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə YAP-ın veb-saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu günə kimi Azərbaycan xarici şirkətlərlə 31 neft-qaz saziş imzalayıb ki, hazırda 14 saziş üzrə iş aparılır və bu sazişlərdə 20 ölkədən olan 26 şirkət iştirak edir: «Proqnoza görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə Azərbaycana yatırılan sərmayənin miqdarı 60 mlrd. dollar həcmində olacaq».

Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun potensialından danışan X.Yusifzadə həmçinin bildirib ki, «AÇG» yataqlarının tam miqyasda işlənilməsi, eləcə də Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qazkondensat yataqlarının açılması mümkünlüyü, yaxın gələcəkdə ölkədə neft hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinin, 2015-ci ildə isə 60 mln. tona çatacağını proqnozlaşdırmağa imkan verir: «Hazırda saziş sahəsində «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» sahələrində quraşdırılmış dəniz özüllərindən 60-dan artıq istismar quyusu qazılıb ki, bu quyulardan gündə orta hesabla 120 min tondan çox neft və 35 mln. kubmetr qaz hasil olunur. Bu yataqlardan işlənilmənin əvvəlindən, bu isə 1997-ci ilin noyabr ayına təsadüf edir, bu günə kimi 200 mln. tondan artıq neft və 50 mlrd. kubmetrdən çox qaz hasil edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR