Bank Of Baku

Azərbaycanda IPI indeksi avqustda azalıb

Azərbaycanda IPI indeksi avqustda azalıb
# 23 sentyabr 2010 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu il avqust ayında 100,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamara görə, bu indeks cari ilin iyulunda 102,7%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks avqustda istehsal edilmiş məhsulun dəyərinin (2,080 mlrd. manat) iyulda istehsal olunmuş məhsulun dəyərinə (2,077 mlrd. manat) bölünməsi yolu ilə hesablanıb.

İndeksin azalması avqust ayında istehsalın aylıq artımının iyul göstəricisindən daha az olduğunu göstərir. Eyni zamanda onun 100%-dən çox olması avqustda sənaye istehsalının iyul ayı ilə müqayisədə artdığını əks etdirir ki, avqustda indeks özü artmasa da, yekunda müsbət göstərici qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu il yanvar-avqust aylarında Azərbaycanda sənaye istehsalının həcmi 18 311,9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR