Bank Of Baku

Azərbaycan «Günəşli» yatağında nano sistemlərini tətbiq edib

Azərbaycan «Günəşli» yatağında nano sistemlərini tətbiq edib
# 24 sentyabr 2010 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağındakı 19 və 6 nömrəli platformalarda 69 və 70 nömrəli quyularda «nanoneft» və «nanomay» (maşın atqı yağları) sistemləri tətbiq edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, elmi cəhətdən əsaslandırılmış ekoloji fəsadlar yaradan yararsız tullantı maşın yağları nano-hissəciklər üçün keyfiyyətli ötürücü vasitə kimi müəyyən edilib. Bu sistemlər məhsuldar layların qazılması zamanı filtratın məhsuldar laya yürüş radiusunu azaltmaqla yanaşı, suvermənin kiçik hədd qiymətlərində gil qabığının qalınlığının qorunub saxlanılmasına imkan verir. Yeni «nanomay» sistemlərinin tətbiqi nəticəsində qazmada əsas qeoloji göstəricilər yaxşılaşıb.

Qeyd edək ki, 70 nömrəli quyu artıq layihə dərinliyinə çatdırılib, 69 nömrəli quyuda isə qazma işləri davam etdirilir. «Nanomay» sistemi dünya qazma praktikasına yenilik gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR