Bank Of Baku

Azərbaycan Rusiyaya qaz ixracını tədricən artıracaq

Azərbaycan Rusiyaya qaz ixracını tədricən artıracaq
# 24 sentyabr 2010 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rusiyaya ixrac etdiyi təbii qazın həcmini tədricən artıracaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə YAP-ın veb-saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ARDNŞ-la Rusiyanın «Qazprom» şirkəti arasında təbii qazın alqı-satqısına dair bağlanmış müqaviləyə 4 saylı əlavə saziş imzalanıb. Sazış «Qazprom»a satılacaq mavi yanacağın həcminin artırılmasını nəzərdə tutur. Belə ki, Azərbaycan 2011-ci ildə Rusiyaya satacağı qazın həcmini iki dəfə artıraraq 2 mlrd. kubmetrə çatdıracaq: «Bununla yanaşı, 2012-ci ildə bu rəqəm bir qədər də artırılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR