Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi mənfi qalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi mənfi qalıb
# 24 sentyabr 2010 08:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu il sentyabr ayının 1-nə mənfi 5,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqustun 1-nə mənfi 13,3%, iyulun 1-nə mənfi 5,9%, iyunun 1-nə mənfi 5,3%, mayın 1-nə isə müsbət 19,8%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin dəyərinin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 208,1 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da avqustun əvvəli ilə müqayisədə 11,4 mln. manat azdır.

Göründüyü kimi, son 4 ay ərzində mal ehtiyatları indeksi mənfi göstərici ilə ifadə olunur ki, bu da makroiqtisadi baxımdan müsbət amildir. Belə ki, indeksin mənfi rəqəmlə ifadə olunması istehsal edilən malların istehlakçılara göndərişin aylıq müqayisədə artmasını göstərir. Lakin indeksin mənfi olması eyni zamanda istehsalın azalmasını da əks etdirə bilər. Bunu aydınlaşdırmaq məqsədi ilə istehsalın göstəricisinə diqqət yetirilməlidir. Belə ki, avqust ayı üzrə Sənaye İstehsalı İndeksi (Industrial Production Index – IPI) 0,2% artıb. Beləliklə, mal ehtiyatları indeksinin mənfi olması birbaşa son istehlakın artması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR