Bank Of Baku

Gələn həftə borclu abonentlərin işığı kəsiləcək

Gələn həftə borclu abonentlərin işığı kəsiləcək
# 24 sentyabr 2010 09:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətinin məlumatında bildirilir ki, fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı sentyabrın 27-si saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Borcunu ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, «Bakıelektrikşəbəkə» ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə «on-line» rejimdə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR