Bank Of Baku

Azərbaycanın emal bölməsində istehsalın həcmi son bir ildə 9% artıb

Azərbaycanın emal bölməsində istehsalın həcmi son bir ildə 9% artıb
# 24 sentyabr 2010 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3 343,9 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 9% artmaqla, daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb.

Qida məhsullarından makaron məmulatlarının istehsalı 40,8% artaraq 12,1 min ton, pendir və kəsmik istehsalı 2% artaraq 28,9 min ton, ət 3,9% artaraq 164,3 min ton, süd 3% artaraq 423,8 min ton, kərə yağı 0,9% artaraq 14 min ton, cem və marmeladlar 0,4% artaraq 5 min ton, duru bitki yağları 16,7% artaraq 25,4 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR