Bank Of Baku

Azərbaycan bu il neft və qaz hasilatını artıracaq

Azərbaycan bu il neft və qaz hasilatını artıracaq
# 24 sentyabr 2010 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafaye – APA-Economics. Azərbaycanda neft hasilatı 2010-cu ilin yekunlarına görə ötən ilin səviyyəsindən (50,4 mln. ton) bir qədər artıq olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, təbii qaz hasilatının da ötən ilin səviyyəsindən (23,6 mlrd. kubmetr) artıq olacağı və 28 mlrd. kubmetrə çatacağı gözlənilir.

Eyni zamanda X.Yusifzadə ARDNŞ tərəfindən hasil edilən neft və qaz üzrə 2011-ci il üçün proqnozlara toxunaraq bildirib ki, neft hasilatı bulki səviyyədə saxlanılacaq, qaz hasilatı üzrə isə artım mümkündür.

Perspektiv strukturlarda aparılan işlərlə bağlı X.Yusifzadə qeyd edib ki, hazırda «Bulla-Dəniz» və «Ümid» strukturlarında qazma işləri aparılır, «Abşeron» strukturunda bu işlərin oktyabr ayında, «Naxçıvan» strukturunda isə gələn il başlanması planlaşdırılır. ARDNŞ rəsmisi həmçinin vurğulayıb ki, quruda olan yataqlarda əhəmiyyətli qazma işləri aparılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR