Bank Of Baku

ARDNF-nin icraçı direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib

ARDNF-nin icraçı direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib
# 24 sentyabr 2010 14:40 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2010-cu il sentyabrın 24-də Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvlərini qəbul edib.

Ş.Mövsümov Azərbaycanın neft tarixi, Milli Neft Strategiyası, hasilatın pay bölgüsü sazişləri, Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR