Bank Of Baku

Azərbaycanın neft və qaz ehtiyatları xeyli arta bilər

Azərbaycanın neft və qaz ehtiyatları xeyli arta bilər
# 24 sentyabr 2010 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2 trln. kubmetr, kəşfiyyat işləri aparılan yataqların ehtiyatları ilə birlikdə isə bu göstərici 5 trln. kubmetr təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirilən görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, çox zəngin olan «Şahdəniz» qaz yatağında «Şahdəniz-1» çərçivəsində hazırda 4 quyuda sutkada 23-24 mln. kubmetr qaz hasil olunur, beşinci quyunun işə salınmasından sonra isə hasilat 26-27 mln. kubmetrə çatdırılacaq. «Şahdəniz-2» Fazası çərçivəsində ilk qazın 2015-2016-ci illərdə hasil olunacağı gözlənilir. Lakin X.Yusifzadənin sözlərinə görə, qazın satılması üçün əlverişli variantlar tapılsa bu müddət daha yaxınlaşdırıla bilər. X.Yusifzadə həmçinin vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatlarının həcmi «Nabucco» layihəsində iştirak etməyə imkan verir.

Neft ehtiyatları ilə bağlı isə X.Yusifzadə bildirib ki, təsdiq olunmuş ehtiyatların həcmi 1,5 mlrd. ton təşkil edir, lakin kəşfiyyat işləri aparılan yataqlar da nəzərə alınmaqla bu göstərici 2,5-3 mlrd. tona çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR