Bank Of Baku

CEIBC-də ARDNŞ-in vitse-prezidenti ilə görüş keçirilib

CEIBC-də ARDNŞ-in vitse-prezidenti ilə görüş keçirilib
# 24 sentyabr 2010 15:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüş keçirilib.

Klubun fəaliyyətini yüksək qiymətləndirən X.Yusifzadə Azərbaycanın neft-qaz sənayesinin potensialı və inkişafı barədə məlumat verib, CEIBC üzvlərinin suallarını cavablandırıb. X.Yusifzadəyə CEIBC-nin Fəxri üzvü sertifikatı verilib.

Tədbirdə iştirak edən Qazaxıstanın Azərbaycanda səfiri Serik Primbetov iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi və inkişaf perspektivlərindən danışıb.

Ukraynanın Azərbaycandakı səfirliyinin Ticarət və iqtisadiyyat missiyasının rəhbəri Miroslav Blaşşuk isə iki ölkə arasında ticarət dövriyyəsinin 1 mlrd. dollara çatdırılacağını deyərək, bunun perspektivlərini yüksək qiymətləndirib. M.Blaşşuk Azərbaycanın iş adamlarını Ukraynada mehmanxanaların tikintisinə dəvət edib və vurğulayıb ki, ölkədə hotel tikənlərin 10 il ərzində vergilərdən azad olunması nəzərdə tutulub.

Qeyd edək ki, Serik Primbetov və Miroslav Blaşşuk da CEIBC-nin Fəxri üzvü sertifikatına layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR