“Azəriqaz” İstehsalat Birliyi əhalini ehtiyatlı olmağa çağırır
Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Məlumatda bildirilir ki, “Azəriqaz” tərəfindən mütəmadi olaraq aparılan təbliğat işlərinə baxmayaraq, hələ də ölkə ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir.
Payız-qış mövsümündə təbii qaza olan tələbatın artmasını, eləcə də bir çox arzuolunmaz hadisələrin yarana biləcəyini nəzərə alaraq, “Azəriqaz” İB-nin mütəxəssisləri qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər. Bu məqsədlə “Azəriqaz” İB istehlakçılara ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zamanı diqqətli olmaq üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
“Qazdan istifadə Qaydaları”na riayət etməklə abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir. Qaz iyi hiss etdikdə, dərhal bütün kranlar bağlanmalı, mənzilin havası dəyişdirilərək Mərkəzi Qaz Qəza Xidmətinə - 104 nömrəli telefona xəbər verilməlidir. Qaz cihazlarını nəzarətsiz qoymaq, kiçik yaşlı uşaqlara, xəstələrə, qocalara qaz cihazlarını etibar etmək həyat üçün təhlükəlidir. Mənzillərdə qaz borularından digər məişət xidmətləri üçün istifadə etmək düzgün deyil. Qaz cihazları olan otaqda tez alışan məhsulların yerləşdirilməsi və saxlanılması, eləcə də qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması qəti qadağandır. Bütün qaz boruları və qaz cihazlarının profilaktik xidmətlər üçün əl çatan və görünən yerlərdə quraşdırılması məqsədəuyğundur. Qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının hava dəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli və işlək vəziyyətə gətirilməlidir. Uzun müddətə evi tərk etdikdə, qaz cihazlarının bütün ventilləri bağlanmalıdır. Təhsil, səhiyyə, uşaq evləri və digər müəssisələrdə qaz sobalarından istifadə edilməsi üçün məsul şəxslər təyin edilməli və onlar müvafiq qaydada təlimatlandırılmalıdırlar. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məsələləri “Azəriqaz” İB tərəfindən daimi nəzarətdə saxlanılır, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir, alınmış nəticələr təhlil olunur. Araşdırmalar göstərir ki, bədbəxt hadisələr bir qayda olaraq təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar baş verir.
Xəbər Lenti
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər