Bank Of Baku

ARDNŞ Gürcüstanda daha 2 yanacaqdoldurma məntəqəsini istifadəyə verib

ARDNŞ Gürcüstanda daha 2 yanacaqdoldurma məntəqəsini istifadəyə verib
# 25 sentyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 24-də Gürcüstan ərazisində daha 2 yanacaqdoldurma stansiyasının açılış mərasimi keçirilib.

Yeni stansiyalar Qurcaani rayonunun Vaçnadzeani yaşayış məntəqəsində və Telavi-Qombori yolunun üstündə açılıb. Açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin baş birektoru Mahir Məmmədov, şirkətin rəhbər işçiləri, Qurcaani və Telavi rayonlarının icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Bununla da Gürcüstanda əhaliyə yüksək keyfiyyətli xidmət göstərən “SOCAR Energy Georgia” MMC-yə məxsus YDM-lərin sayı 48-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR