Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının qiyməti son bir ildə 43% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının qiyməti son bir ildə 43% bahalaşıb
# 25 sentyabr 2010 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 0,1%, yanvar-avqust aylarında isə 2009-ci ilin müvafiq dövrünə nisbətən 43,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1% bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,6%, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 2,1% azalıb.

Emal sənayesində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 17,2%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 3,8%, geyim istehsalı üzrə 2,7%, qida məhsullarının istehsalı üzrə 1,7%, rezin və plastmas məmulatların istehsalı üzrə 1,5%, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 1,3%, içki istehsalı üzrə 1,1%, mebellərin istehsalı üzrə 1,2%, toxuculuq sənayesi üzrə 0,4%, kimya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,3%, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,2% bahalaşıb, kağız və karton istehsalı üzrə 1%, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması üzrə 0,5%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR