Bank Of Baku

Azərbaycanda kimya sənayesi istehsalı 26% artıb

Azərbaycanda kimya sənayesi istehsalı 26% artıb
# 27 sentyabr 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 147,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 25,9%, rezin və plastmas məmulatları istehsalında 17,4% artım, əczaçılıq məhsullarının istehsalında isə 6,4% azalma olub.

Hesabat dövründə əsas kimya məhsullarından propilenin istehsalında 14,6%, polietilenin istehsalında 51,7%, izopropil spirtinin istehsalında 34,9%, lak-boya məmulatlarının istehsalında 2,1 dəfə artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı 2,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR