Bank Of Baku

Rusiya Çinə qaz satacaq

Rusiya Çinə qaz satacaq
# 27 sentyabr 2010 09:22 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Çin qaz nəqlinin əsas şərtlərini razılaşdırıb. “APA-Economics”in “İTAR_TASS”a istinadən xəbərinə görə, bu barədə saziş Rusiya prezidenti Dmitri Medvedevin Çinə səfəri zamanı imzalanıb.

Prezidenti səfərdə müşayiət edən Rusiya baş nazirinin müavini İqor Seçin bildirib ki, konkret kommersiya sazişləri 2011-ci ilin ortalarına qədər imzalanacaq.

Qazın Çinə hansı qiymətə satılacağı haqda məlumat verilmir. Eləcə də Çinə uzadılacaq qaz kəmərinin xərcini kimin çəkəcəyi də bəlli deyil. Rusiya qazının Çinə nəqli 2015-ci ildən planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR