Bank Of Baku

Sənaye və energetika naziri Natiq Əliyev İran prezidentinin müavini Əli Ağaməhəmmədini qəbul edib

Sənaye və energetika naziri Natiq Əliyev İran prezidentinin müavini Əli Ağaməhəmmədini qəbul edib
# 27 sentyabr 2010 20:11 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. «Biz İranın şimal vilayətlərini qazla təmin edə bilərik». İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndərinin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev İran prezidentinin müavini Əli Ağaməhəmmədi ilə görüşdə bildirib.

N.Əliyev qeyd edib ki, hal-hazırda Azərbaycan Respublikasının İrana Naxçıvan Muxtar Respublikasının qaz tələbatlarının ödənilməsi üçün 350-500 milyon kubmetr qaz verməyə imkanı var.

Görüşdə Əli Ağaməhəmmədi neft və qaz təchizatı sahəsində geniş əməkdaşlıq, iki ölkə arasında müştərək elektrik stansiyasının tikilməsini təklif edib. O bildirib ki, İran bu sahədə Azərbaycan Respublikası üçün heç bir məhdudiyyət qoymur.

Görüşdə İran Azərbaycan və Türkiyə arasında azad iqtisadi zonanın yaradılması, eləcə də İranda enerji sahəsində bəzi obyektlərin azərbaycanlı iş adamlarına verilməsi məsələləri də müzakirə olunub və müəyyən razılıq əldə edilib.

Tərəflər iki ölkənin əməkdaşlıq üçün yüksək potensialına malik olduğunu və hər iki ölkə rəhbərinin məhz iqtisadi, siyasi və mədəni zəmində əməkdaşlıqları genişləndirilməsi mövzusunu da müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR