Bank Of Baku

Bakıda «Neft-kimyası və neft emalı problemlərinin həllində kataliz» adlı beynəlxalq simpozium keçirilir

Bakıda «Neft-kimyası və neft emalı problemlərinin həllində kataliz» adlı beynəlxalq simpozium keçirilir
# 28 sentyabr 2010 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Neft-kimyası və neft emalı problemlərinin həllində kataliz» adlı Azərbaycan-Rusiya beynəlxalq simpoziumu başlayıb.

«APA-Economics»in məlumatına görə, bu ilin sentyabr ayının 30-dək davam edəcək simpozium Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti tərəfindən təşkil olunub.

Tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimovun sözlərinə görə, bu simpozium Azərbaycanda ilk dəfədir keçirilir və bu tədbirə Rusiya və digər ölkələrdən tanınmış alimlər dəvət olunub: “Neft-kimyası sahəsinin kataliz proseslərində Azərbaycan alimlərinin böyük rolu olub. Bugünkü konfransda da bu sahəyə aid yeniliklər, ideya mübadiləsi, yeni texnologiyalar və katalizatorların tətbiqi ilə bağlı maraqlı müzakirələr olacaq”.

M.Kərimovun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd keçmiş əlaqələri bərpa etmək, əlaqələri və birgə fəaliyyəti inkişaf etdirməkdir: “Kimya-kataliz sahəsi böyük bir sahədir. Hər hansı kimyəvi proses katalizsiz mümkün deyil”.

M.Kərimov bildirib ki, tədbirin nəticəsi olaraq köklü əlaqələrin möhkəmləndirilməsi, yeni əlaqələrin yaradılması AMEA üçün mühüm bir əhəmiyyət kəsb edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR