Bank Of Baku

ARDNŞ müəssisələrinin kadrlar şöbələrinin rəisləri üçün təlim kursu keçirilib

ARDNŞ müəssisələrinin kadrlar şöbələrinin rəisləri üçün təlim kursu keçirilib
# 28 sentyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) müəssisələrinin kadrlar şöbələrinin rəisləri üçün «Təsir. İdarəetmə. İnsayd» mövzusunda təlim kursu keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təlim kursu Avstriyanın tanınmış «Gustav Kaeser» treninq şirkəti tərəfindən keçirilib.

Bu şirkət 50 ildən artıqdır ki fəaliyyət göstərir və ötən müddət ərzində bir çox unikal metodlar, o cümlədən İsveçrə müəllif hüquqları ilə qorunan «İnsayd-analiz» metodları işləyib hazırlayıb. Müxtəlif ölkələrdə maraqları olan, çoxminli heyətə, çoxpilləli idarəetmə sisteminə malik təşkilatlarla (BP, «Shell», «Siemens», «Bosch», «Lufthansa» və s.) işləmək sahəsində zəngin təcrübə əldə edən «Gustav Kaeser» treninq şirkəti «Mercedes», «Porsche», TTC və s. şirkətlərinin kadr xidmətlərinin yaradılmasında birbaşa iştirak edib.

Qeyd edək ki, təlim kursu oktyabrın 5-də və 8-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR