Bank Of Baku

Azərbaycan metallurgiya sənayesində istehsalın həcmini 31,4% artırıb

Azərbaycan metallurgiya sənayesində istehsalın həcmini 31,4% artırıb
# 28 sentyabr 2010 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 114,6 mln. manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 31,4% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,4% azalıb.

Yanvar-avqust ayları ərzində sahədə 80 min ton və ya 2,6 dəfə çox polad tökmə, 89,3 min ton və ya 15,9% çox armatur, 809,9 ton və ya 4,9 dəfə çox məftil və kanatlar istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR