Bank Of Baku

Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin neft və enerji nazirlərinin görüşü keçirilir

Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin neft və enerji nazirlərinin görüşü keçirilir
# 29 sentyabr 2010 07:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA-Economics. Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin enerji kompleksi nazirlərinin ikinci görüşü keçirilir.

APA-Economics”in Tacikistan KİV-nə istinadən məlumatına görə, tədbirdə regional və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur.

Oktyabrın 1-nə kimi davam edəcək görüşdə Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan nümayəndə heyətləri iştirak edirlər.

Qeyd edək ki, ECO-ya üzv ölkələrin neft və enerji nazirlərinin birinci görüşü 10 il əvvəl İslamabada keçirilib. ECO-ya üzv ölkələr Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR