Bank Of Baku

Rusiya Xəzər şelfində çalışan şirkətlərinə imtiyazlar verəcək

Rusiya Xəzər şelfində çalışan şirkətlərinə imtiyazlar verəcək
# 29 sentyabr 2010 12:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Rusiya Xəzər şelfində çalışan neft şirkətlərinə imtiyazlar verəcək.

APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Rusiya prezidentinin Şimal Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Federal Şuranın iclasında çıxış edərkən deyib.

Xəzər şelfinin inkişafı ilə məşğul olacaq şirkətlər üçün imtiyazlar siyahısının hazırlandığını söyləyən Xloponin bildirib ki, Rusiya neftçiləri Xəzərdəki neft yataqlarını «çox ağır» və “çətin işlənən” sayırlar. Bununla belə, o, Xəzər şelfində neft istehsalı ilə aktiv məşğul olan Azərbaycanın təcrübəsini nümunə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR