Bank Of Baku

«Bahar» yatağında yeni quyu istismara verilib

«Bahar» yatağında yeni quyu istismara verilib
# 29 sentyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Kompleks Qazma İşləri Trestinin «Qum adası» Dəniz Qazma İşləri İdarəsi tərəfindən «Bahar» yatağındakı 76 nömrəli Dərin Stasionar Özülündə 209 nömrəli istismar quyusunda qazma işləri başa çatdırılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, rotor turbin üsulu ilə qazılmış quyu 5 250 metr dərinliyə layihələndirilib. Aparılmış perforasiya işlərindən sonra quyu sutkada 266 min kubmetr qaz, 30 ton kondensat hasilatı ilə istismara verilib.

Qeyd edək ki, quyu «Qum adası» NQÇİ-nin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR